Obamanın ziyarətindən əvvəl "əfv" olundular

19 Noyabr 2012 15:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, Müxalifət partiyasından Soe Tun, sərbəst buraxılan 66 məhkum arasında tanınmış insan hüquqları müdafiəçiləri daxil olmaqla 44 siyasi məhbusun olduğunu söyləyib. Myanma prezidenti Thein Seine, ABŞ prezidenti Barak Obamanın tarixi səfərindən əvvəl bazar günü 66 məhkumu əfv edib. Thein Seine, keçən həftə cümə axşamı günü də 452 məhkumun əfv edilməsi əmrini vermişdi. Myanmarda təxminən 50 il davam edən hərbi rəhbərlikdən sonra keçən mart ayında iqtidara gələn vətəndaş hökumət bir sıra siyasi islahat keçirib. Yüzlərlə siyasi məhkumu sərbəst buraxan, etnik qruplarla atəşkəs imzalayan, mətbuat azadlığını genişlədən Myanma hökuməti bəzi yoxlama qanunlarını da yüngülləşdirib.