50 il uzaqlıqdakı təhlükə

19 Noyabr 2012 15:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Dünya Bankı 2060-ci ilə qədər istiliyin 4 dərəcə artacağını və dünya üzərində dağıdıcı təsir yaradacağını bildirib. Bank ətraf mühit enerji texnologiyalarına investisiya qoymaq istəyən ölkələrə kredit təmin etməyə hazır olduğunu da vurğulayıb. Hesabatda bu artımın xüsusilə sahil zolağında yerləşən və az inkişaf etmiş ölkələrin ödəyəcəyinə diqqət çəkib. Artan dəniz səviyyəsinin Benqladeş, Hindistan, İndoneziya, Madaqaskar, Meksika, Mozambik, Filippin, Venezuela və Vyetnam kimi ölkələri təhlükə altında qoyduğunu, Aralıq dənizində isə yayın ən isti dövründə istiliyin təxminən 9 dərəcə artacağı gözlənilir.

Qlobal miqyasda yaşanacaq sel nəticəsində bir çox bölgədə təmiz su qaynağı tapmağın çətinləşəcəyinə də diqqət çəkilir.