Bu görüntülər təşvişə səbəb olub

19 Noyabr 2012 16:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki,  "The Huffington Post" saytında yer alan xəbərə görə; bu şəxsin işarə etdiyi bölgəyə günorta saatlarında kameralarını quran yerli xəbər qrupu cismi lentə almağı bacarıb. Yazılan görüntüləri izləyən, pilot və havaçılıq mütəxəssisi olan Stiv Kovel gördüyünün nə təyyarə, nə də vertolyot olduğunu bildirib. O, çox sürətlə hərəkət etdiyi üçün adi gözlə müşahidə edilə bilməyən cismin kosmos qalıqlarından ola biləcəyini düşündüyünü deyib. Digərləri isə cismin ağcaqanad və ya böcək ola biləcəyini düşünür. "Discovery News" cisimin kamera tərəfindən yaradılan bir vizual aldatma obyekti olduğunu söyləyib.