Uşağınızı oxuduğu kitablardan tanıyın
19 Noyabr 2012 17:00 (UTC+04:00)
Uşağınız kitab oxuyur? Oxuyursa necə kitabları oxumağı xoşlayır?
Həmişə eyni cür kitablara üstünlük verir? Seçilən kitab uşağın ruh
halını əks etdirir? Movqe.Az bildirir ki,
Mütəxəssislər seçim edilən kitabın uşağın ruh halını əks
etdirdiyini bildirir. Hər il noyabr ayının ikinci həftəsi, dünyada
keçirilən müxtəlif fəaliyyətlərlə "Dünya Uşaq Kitabları Həftəsi"
olaraq qeyd olunur. Uşaqları kitablara bir az daha yaxınlaşdıran
tədbirlərin təşkil edildiyi bu həftə ərzində, ailələrə də uşaqların
kitab oxumağının əhəmiyyəti izah edilir. Kitablar insanın
inkişafında əhəmiyyətli bir yerə sahibdir. Xüsusilə də uşaqlarda.
Hər yaşda fərqli bacarıqlar qazanan, fərqli düşünən və davranan
uşaq, bu yaşlarda başa düşülməyə ehtiyac duyur. Burada
valideynlərin üzərinə əhəmiyyətli vəzifələr düşür. Anlama
ehtiyacına cavab tapa bilməyən uşaq fərqli axtarışlara üz tuta
bilər. Uşaqlar ana və atasını, oxuduqları nağıl qəhrəmanını ya
da bir sənətçini özlərinə qəhrəman seçə bilərlər. Kitabın içindəki
şəkillər, yazılar, uşağın öyrənməsində mühüm elementlərdir.
Xüsusilə, təlimatçı dəyər daşıyan hekayə və nağıllar uşağın
inkişafını müsbət istiqamətdə dəstəkləyir. Bundan başqa, ailə ilə
uşaq arasındakı ünsiyyəti də gücləndirir.