18 il saçını kəsmədi

19 Noyabr 2012 17:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ukraynada 18 il saçını kəsməyən qız, ölkənin ən uzun saçlı qızı adına layiq görülüb. Ukrayna Milli Rekord Qeydiyyatı İdarəsi, 16 noyabrda apardığı araşdımalar nəticəsində Anna Yankonu ölkənin ən uzun saçlı qızı elan edib. Ölkənin Çerkasi şəhərində yaşayan Anna Yankanın boyu 1.78 santimetr, təbii sarı rəngli saçların uzunluğu isə 2 metr 21,5 santimetrdir. 18 ildir saçını kəsməyən Anna Yanko, həftədə bir dəfə saçını yuduğunu və ayda yarım litr şampun istifadə etdiyini söyləyib. Sonuncu dəfə 7 yaşında saçını kəsdirən Yanko, o gündən bu günə saçını nə kəsdirib, nə də rəngləyib. Mütəxəssis bir saç ustası isə ümumi olaraq saçların 60 ilə 90 santimetr uzunluğa çatan zaman uzanmadığını ya da uzanmağının yavaşlayacağını bildirib. Mütəxəssislər Yankonun saçının uzanmağının davam etdiyini genetik xüsusiyyət olaraq qiymətləndirib.