Sevgilisinə sataşan qadını döydü

19 Noyabr 2012 16:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı "Key West"də yerləşən bir əyləncə məkanı, üç qadının amansız döyüşünə səhnə olub. "Fat Tuesdays Bar" adlı məkanda, "Fantaziya Festivalı" gününə xüsusi olaraq əylənməyə gələn üç qadın içkinin də təsiriylə bir-birilə dalaşıb. vQadınlardan birinin digərini "kişi yoldaşına sataşmaqda" günahlandırdığı döyüşə onlardan birinin yoldaşı da qatılıb. Kişilər hirsli qadınları bir-birindən ayırmaqda çətinlik çəkdiyindən, qısqanclıq böhranı keçirən gənc qadını yoldaşları və sevgilisi sakitləşdirməyə çalışıb.