"Microsoft"a pis xəbər

19 Noyabr 2012 17:42 (UTC+04:00)
Movqe.Az bildirir ki, Təhlükəsizlik proqramı olan "Avast" şirkəti 135 min "Windows XP", "Windows 7" və "Windows Vista" istifadəçisini əhatə edən bir araşdırmanın nəticələrini nümayiş edib. Nümayiş olunan hesabata görə, bu istifadəçilərin 16 faizi yeni kompüter/planşet almağı planlaşdırır. Bu 16 faizin isə 42 faizi "Apple" məhsullarını (30% iPad,  12% Mac) almağı düşünür. Bu hesabat "Windows 8" üçün böyük əhəmiyyət daşıyır. Anketə qatılan 135 min adamın 9 faizi "Windows 8"-in daha sürətli bir kompüterə keçməsini planlaşdırır. Texnologiya ustası olaraq tanınan fransız Cen-Luis Qassi də mövzuyla əlaqədar olaraq "Windows 8" ilə "Microsoft"un "Apple"-a bir çox "Windows" istifadəçisini "çevirmək" üçün fürsət verdiyini bildirirb.