“Allah” sözü yazılmış qarpız

19 Noyabr 2012 16:00 (UTC+04:00)

Çanaqqalanın Kocagörü kəndindəki bir kəndlinin bağçasında özbaşına yetişən qarpızın üstündəki "Allah" yazısı görənləri heyrətə gətirib.

Kocagür kəndində yaşayan təqaüdçü şofer Osman Onar bağçanın kənarında yetişən qarpızın üzərində ərəbcə yazılan "Allah" yazısını gördükdə gözlərinə inanmayıb. Onar: "Qızım, bağçamda özbaşına çıxan qarpızın üstündə Allah yazısını görüncə təəccüblənib. Bunu gəlib mənə dedi. Baxdım, həqiqətən Allah sözü var. Əmin olmaq üçün kənd imamını çağırdım. O da baxdı, "Allah yazılıb" dedi.

Osman Onar fikrini belə tamamlayıb: "Kənd camaatı qarpızı görüncə şoka düşdülər. Biz qarpızı yerindən çıxartmadıq. Amma mövsümlə əlaqədar özbaşına qopdu. İndi evdə saxlayırıq. Kəsib yemək içimizdən gəlmir. Muzeylik bir şey olsa, muzeyə bağışlayacağam. Amma elə də deyil".