Bacısını qəbul etmədi

19 Noyabr 2012 18:04 (UTC+04:00)
Movqe.Az bildirir ki, Atası Maykl Lohanın məşuqəsindən bir qızı olduğu ortaya çıxan amerikalı aktrisa Lindsey Lohan 17 yaşlı bacısı Eşli ilə görüşməyib. 26 yaşlı aktrisa "Atamın yaşadığı sirk həyatı ilə maraqlanmıram. O qızın mənimlə uzaq-yaxın heç bir əlaqəsi yoxdur. O qızla əlaqədar mənfi bir fikrim yoxdur, amma görüşməyi düşünmürəm. Onsuz da, atamla da 1 aydır ki görüşmürəm." deyə müsahibə verib.