Hər şeyi həyat yoldaşı üçün edib

19 Noyabr 2012 16:15 (UTC+04:00)

Nyu Yorklu fotoqraf Bob Karey, həyat yoldaşı Lindanın 2003-cü ildə döş xərçənginə tutulmasından sonra Tutu adlı bir proyekti həyata keçirməyə başlayıb.

Proyekt davam edən 9 il ərzində Karey çəhrayı bir balet paltarı geyərək müxtəlif yerlərdə bu paltar ilə gəzib. Döş xərçənginə diqqət çəkmək üçün bu proyekti təşkil edən Karey, güclü kemoterapidən sonra 2006-cı ildə sağalan həyat yoldaşı Linda ilə birlikdə Foeniksdən Nyu Yorka köçüb.

Cütlük indi həm sağlamlığın, həm də proyektdən qazanılan gəlirin keyfini yaşayırlar.