İşsizlik ürəyə ziyandır

20 Noyabr 2012 15:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, 50 -60 yaşlarında işsiz qalmaq infarkt riskini artırır. Amerika Birləşmiş Ştatlarında aparılan son araşdırmaya görə, bu yaşlarda işini itirdikdən sonrakı ilk ildə ürək çatışmazlığı keçirənlərin sayı 27 faiz artıb. Kişilərlə qadınlar üçün risk faktoru bərabərdir və ən az dörd dəfə işini itirənlərin ürək çatışmazlığı riski 60 faizə çatır. Təqaüdə çıxmağı işsizlik olaraq qiymətləndirməyən araşdırma, risk artımına stresin səbəb olduğunu göstərir. Bundan əlavə, işini itirməyin stresli bir işdən daha çox mənfi təsirləri olduğunu bildiriblər. Əvvəlki araşdırmalarda, iş həyatındakı stresin ürək-damar xəstəlikləri riskini 23 faiz artırdığını məlum etmişdi. İqtisadi böhran səbəbilə işləyənlərin arasında depressiyanın sürətlə artdığı da məlum olub.