Saçlardan hazırlanan geyimlər

20 Noyabr 2012 15:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İsveçin paytaxtı Stokolmda Nordiska Muzeyində "tük"lə bağlı keçirilmiş sərgi böyük maraq doğurub. Muzeydə İnsan tükündən, xüsusilə də saçlardan edilən paltarlar və müxtəlif məhsullar sərgilənib. Sərginin ən diqqət çəkən parçalarından biri 19-cu əsrdə yaşamış bir qadının öz saçlarından hazırladığı iki hissədən  ibarət olan geyim olub . Tüklərdən hazırlanmış alt paltarları da diqqət çəkən əsərlər arasında olub.

Xatırladaq ki, İkinci Dünya Müharibəsində də İsveçdə yun çatışmazlığı baş verəndə yun fabriki "Tabergs" ölkə daxilindəki bərbər dərnəkləri ilə razılaşaraq 10 min dükandan 60 min kiloqram qadın saçı yığmışdı.