"Google"dan böyük lisenziya müqaviləsi

20 Noyabr 2012 16:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Google" şirkəti Avropadakı müxtəlif musiqi nümayişçilik təşkilatları, müğənniləri və bəstəkarlarını təmsil edən "Armonia" ittifaqıyla əhatəli lisenziya müqaviləsi imzalayıb. "Armonia" ittifaqı Fransız, İtalyan və İspan musiqi lisenziya qruplarının bir araya gəlməsiylə meydana gəlib. Müqavilə nəticəsində müştəriləri aralarında Rihanna və Leydi Qaqa kimi məşhur müğənnilərin əsərlərinin də olduğu 5,5 milyon musiqi əsərinə müraciət haqqı əldə edib.