İsrail Milli İslam Bankını vurub

20 Noyabr 2012 16:45 (UTC+04:00)

Movqe.azxəbər verir ki, İsrailin, Qəzzadakı Milli İslam Bankının ümumi mərkəzinə hava hücumu təşkil etdiyi bildirilib. Verilən məlumata görə, İsrail ordusuna bağlı döyüş təyyarələri Qəzzadakı Milli İslam Bankının ümumi mərkəzini bombalayıb. Hücumda bankın ətrafındakı evlərdə yaşayan 4 uşaq yaralanıb, yaralılar Şəfa Xəstəxanasında müalicə alır. Xilasetmə qüvvələri, hücumdan dərhal sonra bankda çıxan yanğını söndürüb. Hücum səbəbiylə bankdakı əhəmiyyətli maliyyə məlumatların itirildiyi qeyd edilib. Xatırladaq ki, Milli İslam Bankı, Həmasa tətbiq olunan iqtisadi embarqonu ləğv etmək üzrə 2008-ci ildə bir qrup fələstinli alim və təşəbbüskar tərəfindən qurulmuşdu.