Bu qidalar iştahanı kəsir

20 Noyabr 2012 17:55 (UTC+04:00)
Pəhriz saxlamaq çox çətin işdir. Davamlı olaraq iradənə sahib çıxmaq, sənə təklif olunan yeməkləri qəbul etməmək lazımdır. Bunu etdin deyək, yaxşı bəs onda mədənlə necə bacaracaqsan? Movqe.Az sizə bunun cavabını verir.

Yumurta: Zülal qaynağı olan yumurtanın toxluq müddətini uzatdığına dair elmi məlumatlar vardır.

Səhər yeməyində bir ədəd qaynadılmış yumurta yemək sizin gec acmanıza səbəb olar.

Qırmızı acı bibər: Yeməklərə və salatlara qatılan bir miqdar acı qırmızı bibər ilə bədəninizə canlılıq, yeməklərinizə ləzzət qata bilərsiz. Bundan əlavə, qırmızı bibərin tərkibində olan kapsaisin adlı maddənin iştahanı azaltdığına dair elmi məlumatlar da var.

Yaşıl çay: Güclü antioksidan təsiri ilə bədənimizi zəhərli maddələrdən təmizləməkdən əlavə, ehtiva etdiyi birləşmələr ilə yeməklərin həzm olmasını qaydaya salır. Gün ərzində 1-2 fincan yaşıl çay içsəniz həzm sisteminizi enerjili hala gətirə bilərsiz.

Badam: Yağlı quru yemişlərdən olan badam vitamin və minerallarla zəngindir. Bununla yanaşı ürək sağlamlığını qoruyan omega-3 yağ turşularını də ehtiva edir. Aparılan son elmi araşdırmalar, qidalanma proqramında kafi miqdarda (həddindən artıq deyil) badam olan qadınların, badam yeməyən qadınlara nisbətən daha asan arıqladıqların sübut edib.

Sirkə: Salatlara əlavə edilən sirkə toxluq vaxtını uzada bilər. Aparılan elmi işlər, sirkənin içində olan asetik turşusunun həzm sürətini yavaşlatdığını məlum edib. Bunula da, qanda olan şəkərinizin miqdarı daha balanslı yüksələr və daha uzun müddət özünüzü tox hiss edə bilərsiniz.