Nəhəng markaların zəhərli geyimləri

20 Noyabr 2012 19:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Greenpeace"tərəfindən bu gün nümayiş olunan hesabat, dünya tərəfindən məşhur geyim markalarının məhsullarının zəhərli kimyəvi maddələr ehtiva etdiyini müəyyən edib. Məhsulları test edilən markalar arasında Zara, Levi 's, C & A, Mango, Celvin Klein kimi sektorun qabaqcıl adları yer alıb. Markaların məhsullarında təsbit edilən kimyəvi maddələr təbiətlə qarışdığı zaman xərçəng  və hormon pozuqluğuna səbəb ola bilir. "Greenpeace"in etdiyi araşdırmalar, 20 fərqli geyim markasından təhlükəli kimyəvi maddələr olduğunu təyin edib. Bu markalar içində "ZARA" həm hormonal problemlərə, həm də xərçəngə səbəb olan kimyəvi maddələr ehtiva edən yeganə markadır.