Sarkozi ifadə verdi

20 Noyabr 2012 17:58 (UTC+04:00)

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi məhkəmə qarşına çıxacaq.O,seçkiqabağı kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ifadə verib.

Məhkəmə Sarkozinin tanınmış kosmetika şirkətlərindən olan "L'Oreal"ın varadıcısından 2007-ci ildə seçki öncəsi kampaniyasının maliyələşdirilməsi üçün qanunsuz olaraq vəsait alıb-almadığını müəyyən etməyə çalışır. Bu barədə məlumatı "Figaro" qəzeti yazıb. Nəşrin məlumatına görə, hələ yayda Sarkozi öz izahatını təhqiqatçılara göndərib. KİV-də yer alan məlumata görə, o əvvəl də Bordo məhkəməsinə çağrılmışdı. Lakin iş qrafiki gərgin olduğu, beynəlxalq konfranslarda iştirak etdiyi üçün gədə bilməmişdi.

Sarkozi qanunsuz olaraq kampaniyası üçün pul alması faktı üzrə ittihamı təkzib edir.