Şokoladdan hazırlanan dünyanın ən uzun qatarı

21 Noyabr 2012 12:01 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Belçikada şokoladdan  dünyanın  ən uzun qatarı hazırlanıb. Uzunluğu 35 metr, çəkisi 1250 kilo (bir tondan çox) olan Dünyanın ən uzun şokolad qatarı Qinnesin rekordlar kitabına düşüb. Şokoladın  ərsəyə gələn qatar üçün Maltadan olan kulinar Endrü Farruqay  1 aya yaxın vaxt sərf edib. Şirniyyatçı usta qatarın hər bir detalını dəqiq təsvir etməyə çalışıb. Nümunə olaraq isə o, qədim və müasir qatar modellərindən istifadə edib. Endrü Farruqay  bildirib ki, bu ideya onda ötən il Belçikanın Brüqqe şəhərində keçirilən şokolad festivalına qatıldıqdan sonra yaranıb.

Şirniyyatçı Endrü Farruqay bir müddət bu fikiri ağlında gəzdirdiyini deyib: "Sonra düşündüm bəlkə bunu həyata keçirim. Əslində qatarı bu uzunluğda nəzərdə tutmamışdım, ama iş prosesi zamanı bir-birinin ardınca vaqonları əlavə etməyi davam etdim  və sonda gördüyünüz iş ərsəyə gəldi".

Bundan əvvəl Farruqay Maltada tədbirlərin biri  üçün şokoladdan  uzunluğu 3 metrdən artıq olan  qatar "inşa edib". Hazırkı qatar  iki  hissədən ibarətdir. İlk  yeddi vaqonun modeli  Belçikanın müasir qatarlarından götürülüb, diqər hissəsi isə  köhnə qatar vaqonlarındandır. 

Vaqonlardan biri  restorandır. Belçikanın məşhur şokolad istehsalçısı "Bekolade" şirkəti layihənin həyata kəçməsi üçün bir ton yarım şokolad hədiyyə edib. Maltada hazırlanan qatar Belçikaya 25 taxta qutuda gətirilib. Yolda qatara ciddi ziyan dəysə də maltalı şirniyyatçının səyi nəticəsində dağılan yerləri bərpa etmək mümkün olub. Şirniyyatçının əl işi içtimayyətə Brüsseldəki dəmir yol vağzallarının birində təqdim edilib.Belçikanın bir neçə şokolad muzeyində sərgiləndikdən sonra qatar, hissələrə bölünərək satışa çıxarılacaq. Toplanan  vəsaitin isə uşağlarla bağlı xeyriyyə işləri üçün xərclənəcəyi bildirilir.