Telefon və ya komputerinizin ekranını necə təmizləmək lazımdır?

21 Noyabr 2012 17:21 (UTC+04:00)
Sensorlu mobil telefon və tabletləri necə təmizləmək lazımdır?Movqe.az xəbər verir ki, belə əşyaları təmizləmək üçün xüsusi maddələrə, təmizlik məhsullarına müraciət etməyə ehtiyac yoxdur. Lakin onu silərkən bəzi nüanslara diqqət yetirməniz, bəzi növ parçaları və maddələri istifadə etməməyiniz lazımdır. Əks halda ekranınıza zərər verə bilərsiniz. 

Nəyi etmək olmaz?

- Pəncərə şüşəsi təmizləyən spreylər, içərisində amonyak olan və ya spirt əsaslı sərt kimyəvi maddələr heç bir zaman istifadə etməyin. Maye istifadə etmək lazımdırsa,  bezi yüngülcə su ilə isladaraq ekranınızı silə bilərsiniz. İstədiyiniz ekran təmizlik məhsullarına da müraciət edə bilərsiniz, lakin bunları istifadə etməyiniz şərtdir deyil.

Aşındıran parçaları istifadə etməyin. Bunlar, ekranınızı cıza bilər. Bunun yerinə həssas səthləri təmizləmək üçün hazırlanmış mikrofiber parçaları istifadə edin. Adına aldanmayın, bu parçaları asan və münasib qiymətə tapa bilərsiniz.

- Çox su istifadə etməyin. Su istifadə etməyiniz lazımdırsa, mikrofiber parçanı yalnız bir az nəmləndirərək ekranınızın silə bilərsiniz.

- Ekrana çox çox vurmayın, ona ziyan verə bilərsiniz.

Nəyi etmək olar?

1. Su istifadə edəcəksinizsə telefonu bağlamaq yaxşı bir fikir ola bilər. Heç olmasa ekranınızın bağlayaraq çirkləri daha aydın görə bilərsiniz.

2. Ekranınızı eyni istiqamətdə, şaquli və ya üfüqi olaraq təkrarlayaraq silin. Məsələn ekranınızın sol tərəfindən başlayın və sağ tərəfinə doğru silin. Daha sonra bezi bir az aşağı sürüşdürərək eyni əməliyyatı bütün ekranı silənə qədər təkrarlayın.

3. Lazımdırsa bir miqdar suyu parçanın kənarına tətbiq edərək onu bir az nəmləndirin. Bezin nəmli tərəfi ilə ekranı ikinci adımdaki kimi təmizləyin. Ləkələri çıxarmaq üçün kiçik dairələr şəklində silməniz lazım ola bilər.

4. Ekranı mikrofiber bezin quru tərəfi ilə silin və qurulayın. Ekranda qalan suyun quruması üçün gözləyin, onu qurutmaq üçün çox məşğul olmayın.