Qafqaz Universitetində" Nizami Gəncəvi və Şərq ədəbiyyatına" həsr olunmuş Beynəlxalq konfrans keçirilib
21 Noyabr 2012 18:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, noyabrın 21-də
Qafqaz Universitetinin Akt zalında dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq
ədəbiyyatları" adlı beynəlxalq elmi konfrans keçirildi. AMEA akad.
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz
Universitetinin birgə təşkil etdikləri konfransda Azərbaycan,
Türkiyə və İran alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç və millət vəkili, AMEA akad. Z.Bünyadov adma
Şərqşünaslıq İnstitutunun direktoru, fılologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva giriş sözü ilə çıxış etdilər. Nizami
Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında
böyük hadisə olduğunu qeyd edən natiqlər xalqımızın mədəniyyətini,
ədəbiyyatını, elmini həmişə diqqət və qayğı ilə əhatə edən möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları ötən ilin dekabrında
imzaladığı Sərəncamla bu yubileyin bu il respublikamızda böyük
təntənə ilə qeyd edildiyini bildirdilər. "Nizami Gəncəvi və Şərq
ədəbiyyatları" adlı beynəlxalq elmi konfransın Nizamişünaslığa
böyük bir töhfə olduğunu söyləyən Gövhər Baxşəliyeva şairin
yaradıcıhğının əsas ideya məğzindən söz açdı: "XII-ci əsr intibah
dövrü Gəncəsində yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami
Gəncəvinin yaradıcıhğı bütün parametrlərinə görə bəşər tarixində
qlobal hadisədir. Qafqaz Universitetinin rektoru, professor doktor
Ahmet Saniç ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə
malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi
fikirlərlə zənginləşdirmiş Nizami Gəncəvinin əsərləri, şeir və
düşüncə dünyası haqqında Türkiyədə də bir çox dəyərli elmi
tədqiqatlar aparıldığını qeyd etdi. Professor Ahmet Saniç rəhbərlik
etdiyi Qafqaz Universitetində də Nizami yaradıcılığına, dahi şairin
şeir və fəlsəfə dünyasına önəm verildiyini diqqətə çatdırdı, AMEA
Şərqşünaslıq İnstitutu ilə birgə "Nizami Gəncəvi və Şərq
ədəbiyyatları" adlı beynəlxalq elmi konfransın təşkilinin də buna
əyani sübut olduğunu bildirdi.
Daha sonra söz məruzəçilərə verildi. İlk olaraq AMEA akad.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi,
filologiya elmləri doktoru, professor Nüşabə Araslı "Nizami və
sələfləri" mövzusunda məruzə ilə çıxış etdi.
Sonra Qafqaz Universitetinin müəllimi Setter Durmaz türk
ədəbiyyatmda "Xəmsə" yaradıcılığında Nizami Gəncəvinin rolundan
danışdı. İran Elm və Mədəniyyət Universitetinin müəllimi Fərzad
Qasımzadə "Dünya ədəbiyyatının iftixarı -Nizami Gəncəvi" mövzusunda
məruzə etdi.
Tədbirin sonunda AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, fılologiya elmləri doktoru, professor
Gövhər Baxşəliyeva və Qafqaz Universitetinin rektoru, professor
doktor Ahmet Saniç yekun nitqi söyləyərək, konfrans iştirakçılarına
öz təşəkkürlərini bildirdilər. Qafqaz Universiteti ilə AMEA akad.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitu arasında birgə memorandum da
imzalandı.