Floridada dəhşətli qəza baş verib

19 Aprel 2012 13:17 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞ-ın Florida əyalətində 76 yaşlı qadınının sükan arxasında idarəetməni itirməsi nəticəsində avtomobil yaxınlıqda olan mağazaya girib. Qəza nəticəsində 10 nəfər yaralanıb.

Supermarketin şüşə qapılarını qıraraq içəri daxil olan avtomobil qarşısına çıxan insanları 15 metrədək sürüyüb. Avtomobil "Publix"in Floridadakı şöbəsinə böyük ziyan vurub.

Qəza nəticəsində itki olmayıb. Yaralanan 10 nəfərdən 3-ü xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Yaşlı sürücü isə istintaqa cəlb olunub.


Əfqanə Məzahirqızı