Nokia bu telefonla xilas olacaq

22 Noyabr 2012 16:37 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nokia, "Windows Phone 8" əməliyyat sistemli telefon seriyasından satışa çıxarılan ilk üzvləri Nokia Lumia 920 və Nokia Lumia 820 telefonlarını tanıdıb."Nokia Lumia 920" Nokianın indiyə qədər tanıdılan telefonları arasında ən güclü batareyaya (2000mAh) və istifadəçilərin gündəlik həyatda istifadəsini asanlaşdıran kabelsiz enerji yığma xüsusiyyətinə malikdir. Nokia Lumia 920 sarı, qırmızı, ağ və qara rənglərdən ibarətdir.