Alimlərin bu kəşfindən sonra depressiyaya düşməyəcəksiniz

10 May 2017 19:00 (UTC+04:00)

Fransa və Kanadadan olan neyrofizioloqlar insanlarda depressiyanın inkişafını tənzimləyən əsəb mexanizmini aşkar edə bilib.Movqe.az big.az-a istinadən xəbər verir ki, alimlər tədqiqatlar zamanı iki qənaətə gəlib. İlk olaraq onlar sübut edib ki, stress vəziyyətlərdə bəzi heyvanlar üzərində imitasiya tətbiq edərkən, dofaminergik neyronların fəallığının artması depressiyanın real səviyyəsini göstərir. İkincisi isə digər tip neyronlar birincilərə tamamilə nəzarət edir. Bu təcrübə insanlarda da eyni nəticəni göstərir.

 

Birinci neyron növləri üçün əsas neyrotransmitter kimi dofamin çıxış edir. Elektrik impulsları məhz onun vasitəsiylə ötürülür. Digər neyronlar üçün isə noradrenalin aktivdir. Sözügedən albumin emosiyaların, əhvalın və yuxunun tənzimlənməsində iştirak edir. 

 

Qeyd edək ki, alimlər tədqiqatların genetik, farmakoloji və optogenetik üsulları vasitəsilə yekun qənaətə gəlib. Onlar hesab edir ki, tədqiqatları depressiyanın qarşısını almağa imkan verən daha təsirli vasitələrin əldə olunmasına kömək edəcək.