Neymarın növbəti mükafatı

23 Noyabr 2012 14:26 (UTC+04:00)

Braziliya Milli Olimpiya Komitəsi bu ilin ən yaxşı futbolçusunu müəyyən edib. Bu mükafata Braziliya və "Santos"un hücumçusu Neymar layiq görülüb.

Futbolçuya mükafat dekabrın 18-də təqdim ediləcək. Təqdimat mərasimi Rio-de-Janeiro şəhərində keçiriləcək.