Misir Müftisi Qüdsdəki Əl-Aqsa məscidində olub

19 Aprel 2012 14:11 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Misirin qabaqcıl din adamlarından biri İsrailin nəzarətində olan Qüdsdəki Əl-Aqsa məscidini ziyarət edib.

Onun məscidi ziyarət etməsi Misir parlamentinin ən böyük partiyası olan İslamçı Müsəlman Qardaşları tərəfindən tənqid edilib.

Mətbuat katibi Mahmud Qozlan "Associated Press"ə verdiyi müsahibəsində bildirib: Müfti Əli Qoma Qüdsə İsrail tərəfdən deyil,Qərb bankı vasitəsilə daxil olub.

Dini işlər üzrə İordaniya baş naziri Fələstinlilərin gələcəkdə Qərbi Qüdsü paytaxt şəhər etmək istədiklərini qeyd edib.

Xatırladaq ki, İsrail 1967-ci ildə 6 günlük müharibə zamanı Şərqi Qüdsü İordaniyadan qoparıb.

Əfqanə Məzahirqızı