Bərzani bu gün Türkiyədə olacaq

19 Aprel 2012 14:18 (UTC+04:00)

Şimali İraqın lideri Məsud Bərzani bu gün Türkiyədə olacaq. Bərzani İstanbulda Baş nazir Ərdoğan və Xarici işlər Naziri Davutoğlu ilə görüşəcək, sabah da Ankarada olacaq.

Məsud Bərzaninin Türkiyədə masa arxasında birinci dərəcəli  mövzusu İraqdakı siyasi böhran olacaq. Böranın həll edilməsi üçün atılması lazım olan addımlar müzakirə ediləcək.

Görüş zamanı bölgədə baş verən son hadisələrə də diqqət ediləcək. Suriya ən vacib xəbərlərdən biri kimi gündəmdədir.

Şimali İraqı da yaxından maraqlandıran PKK ilə mübarizədəki səylər və hadisələr də müzakirə olunacaq.

 

Ziba Yusifova