"Hapoel" - "Atletik" matçının vaxtı açıqlandı
24 Noyabr 2012 10:02 (UTC+04:00)
Avroliqanın qrup mərhələsinin V turundan təxirə salınan "Hapoel"
(Kiryat Şmona, İsrail) – "Atletik" (İspaniya) matçının vaxtı
açıqlanıb. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi
məlumata görə, görüş noyabrın 28-də, Bakı vaxtı ilə saat 00:05-də
başlayacaq. Qeyd edək ki, iki gün öncə İsraildə bir avtomobil
terminalında güclü partlayış baş vermişdi. "Hapoel" (Kiryat Şmona,
İsrail) – "Atletik" (İspaniya) matçı da məhz təhlükəsizlik
səbəbindən təxirə salınmışdı.