42 il komada qaldıqdan sonra öldü

26 Noyabr 2012 14:35 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ vətəndaşı Edvarda Bara 16 yaşında girdiyi komada 42 il qaldıqdan sonra həyatını itirib. Edvardaya anası və atasının ölümündən sonra bacısı baxırdı.

Hələ lisey şagirdi olduğu zaman, 1970-ci ildə bədəni dərman müalicəsinə əks reaksiya verən kimi şəkər komasına girən Edvarda Bara 42 il komada qalandan sonra 59 yaşında həyatını itirib. Baranın anası, beş il əvvəl ölənə qədər qızının başından ayrılmayıb. Edvardanın atası isə 1978-ci ildə ölüb.

Uşaq həkimi kimi görmək istədiyi qızına on illərlə Miami şəhərindəki evində baxan Kaye Bara yataq yarası olmaması üçün qızını hər iki saatda bir çevirər, onun yanında musiqi səsləndirər və ya kitab oxuyardı.

Anasının qızına olan bağlılığı, Bara ilə maraqlanan Dr. Vayne Dyerı anası ilə komadakı qızını barədə bir kitab yazmağı təklif edib. Kaye Bara 2008-ci ildə qızına baxdığı otaqda yatarkən son nəfəsini verib.

Anasının ölümündən sonra Edvardaya bacısı Colleen baxıb. Edvardanın əhvalat yerli xalqa da çox təsir edib. Colleen Bara, tanımadıqları çox sayda insanın onları ziyarət etdiyini bildirib.