Azərbaycan-Rusiya sərhədi yaxınlığında atışma

26 Noyabr 2012 11:32 (UTC+04:00)

2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerində əməliyyatçılar və müstəntiqlər işləyir

Dağıstanın Məhərrəmkənd rayonunda taksi sürücüləri əvvəl dava edib. Sonradan bu atışmaya çevrilib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.Dağıstan DİN-i bildirib ki, hadisə Azərbaycan-Rusiya "Tahirkənd-Kazmalyar" sərhəd - keçid məntəqəsinin yaxınlığında baş verib.Bir nəfər odlu silahdan açılan atəş nəticəsində yerindəcə keçinib, o biri xəstəxanada dünyasını dəyişib. İki nəfər yaralanıb.Hadisə yerində əməliyyatçılar və müstəntiqlər işləyir.