Hicablı qız İngilis tarixinə keçib

27 Noyabr 2012 19:31 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistan mənşəli Sümeyyə Kərim, İngilis Parlamentində kürsüdən çıxış edən ilk hicablı gənc qız olaraq tarixə keçib. İngilis Parlamentinin aşağı qanadı İcmalar Palatasının tarixi salonu və kreslolarında ötən həftə gənclər oturub. Hər il keçirilən "Gənclik Parlamenti" yığıncağının bu ilki iştirakçısı isə ötən illərdən fərqli idi. 16 yaşlı Sümeyyə Kərim etdiyi nitqi ilə yanaşı baş örtüyü ilə də diqqət çəkib. İlk qadın millət vəkilinin 1918-ci ildə, ilk qadın baş nazirin isə 1979-ci ildə seçildiyi İngiltərədə, Sümeyyə Kərim, İngiltərə baş nazirlərinin parlamentə səsləndikləri kürsüdə çıxış edən ilk hicablı müsəlman qadın olub.