“Windows 8”də o da olmayacaq

19 Aprel 2012 18:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Windows 8" distributivləri açıqlanıb və texoloqlar hesab edir ki, burada daha bir əskiklik gözə carpıb. "Windows 8" ilə birgə təqdim edilməyən "Media Center"in "Windows 8 Pro" üçün bir "media paketi" əlavəsi olaraq təqdim ediləcəyi ortaya çıxıb.

"Microsoft"un Windows blounda yazılanlara görə "Windows Media Center", "Windows 8 Pro" üçün "iqtisadi bir əlavə" olaraq təqdim ediləcək. Bloqda mövzu haqqında hələlik əlavə məlumat verlmir. Bütün bunlar onu göstərir ki, "Windows 8in Pro" olmayan, "Beta versia"nı alan istifadəçilərin "Media Center"dən məhrum olacaqları görünür. "Microsoft", "Windows 8 Pro"nun iş adamları üçün olduğunu söylənilir və bir çoxlarına bir az qəribə görünür.

"Media Center"in "Windows"un bir parçası olaraq təqdim edilməməsi və ayrı bir əlavə olaraq təmin edilməsi, onun sonunun yaxınlaşdığının bir işarəsi kimi görünür.