Yeni bakteriya növü tapılıb
28 Noyabr 2012 16:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Cənub Qütbündəki
duzlu göldə günəş işığı və oksigen olmadan yaşaya bilən
bakteriyalar tapılıb. Amerikalı elm adamları, ammonyak, azot,
hidrogen, nitrat, azot oksidin sıx olduğu Vida Gölündə buzun 20
metr altında yaşaya bilən mikroorqanizmlər kəşf edib. Miçiqan
Universitetinin professoru Estron, kəşfin həmçinin buzla örtülü
duzlu su okeanlarına sahib olduğu düşünülən Yupiterin peyki
"Europa" kimi, başqa planetlərdəki ehtimal olunan həyat formaları
üçün nümunə təşkil etdiyini bildirib. Araşdırmaya aparanlardan
Nevada Universiteti professoru Alison Murrey, indiyə qədər bu
geokimyəvi proseslər, buzla örtülü ətraflardakı mikrob həyatı ilə
bağlı demək olar ki, heç bir şey bilinmədiklərinə diqqət çəkib.