Del Boske İspaniya millisi ilə yeni müqavilə imzaladı

19 Aprel 2012 18:51 (UTC+04:00)

İspaniya millisinin baş məşqçisi Visente Del Boske komandası ilə yeni müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, bu barədə 61 yaşlı mütəxəssisin özü açıqlama verib. "Radio Marca"a müsahibə verən Del Boske bu haqda belə danışıb: "Avro-2012-dən sonra da İspaniya millisində qalacam. İspaniya Futbol Federasiyası (İFF) ilə görüşdüm və yeni müqavilə haqda danışdıq. Daha bir neçə il bu komandanı çalışdırmaq istəyirəm". Qeyd edək ki, 2008-ci ildən İspaniya millisini çalışdıran Del Boske 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında ilk dəfə olaraq komandasına çempionluq yaşatmışdı.