Qanda şəkərin miqdarı çoxdursa, nə etməli?

19 Aprel 2012 18:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, qanda şəkər çoxluğu, insan orqanizmində müxtəlif fəsadlar törədə bilər.  Qeyd edək ki, qanda şəkərin miqdarı normasında olarsa, orqanizm daha yaxşı fəaliyyət göstərər.

Qanda şəkərin miqdarı çox olarsa nə etməli?

Bu suala həkim Nailə Sadıxova cavab verdi.

Adətən qanda şəkər, hətdindən artıq kök insanlarda, arterial təzyiqdən əziyyət çəkənlərdə olur.

"Xəstə ilk növbədə həkimə müraciət etməlidir. Ancaq həkim müayinəsindən keçəndən sonra, tam əmin ola bilər. Əgər xəstənin qanında şəkərin miqdarı normadan çoxdursa, artıq müalicəyə başlanılmalıdır.

Belə xəstələr gün ərzində bir stekan qəhvə içsələrdə kifayətdir. Çünki qəhvə qandakı şəkərin miqdarını aşağı salır.

Qozunda orqanizmə böyük köməyi var. Misal üçün yarım litr suda qozu qaynadıb içdikdə, qan şəkəri aşağı düşür.

Belə xəstələr çoxlu meyvə-tərəvəz yeməlidirlər, tərəvəz şirələrindən istifadə etməlidirlər. Qatığda şəkəri normada saxlayır", - həkim Nailə Sadıxova dedi.

Qeyd edək ki, həkimin sözlərinə əsasən bu xəstəliyinin tam müalicəsi yoxdur.  

Türkan Nadirqızı

Movqe.Az