“Kiber bazar günü-2012” satış rekordu qırıb

29 Noyabr 2012 11:01 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da "Kiber bazar ggünü" (internet mağazalarda bayramqabağı ən böyük endirim günü) satışların həcmi ötənilki nəticələri üstələyərək rekord təşkil edib.

ABŞ-da internet ticarətin liderləri "Amazon" və "eBay"  rekord göstəricilər haqqında məlumat veriblər. Bukrider və planset kompüterlərinə daha yüksək tələbat olub. Satış zamanı onlara edilmiş endirimlər 30 dollara qədər çatıb.

ABŞ-da 500 internet mağazasının əməliyyatlarına nəzarət edən "IBM" korporasiyası elan edib ki, "Kiber bazar günü-2012" ötən illə müqayisədə 30,3 faiz daha məhsuldar olub.