Azərbaycan paytaxtında müşahidə olunan dumanın səbəbləri açıqlanıb

19 Aprel 2012 23:04 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, duman sabah günorta saatlarında çəkiləcək: "Sabah Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bununla əlaqədar müşahidə edilən duman sabah çəkiləcək".

Qeyd edək ki, sinoptiklər yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti vəd edirlər. Hava proqnozuna əsasən, aprelin 20-də şimal-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi gözlənilir. Ayın 20-21-də havanın temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Nuranə Novruzova