İstifadə etdiyi dərman onu homoseksual etdi

30 Noyabr 2012 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Fransa bu günlərdə çox maraqlı bir məsələni müzakirə edir. Fransada yaşayan Didier Cambartın istifadə etdiyi Parkinson dərmanının onu qumar asılısı və homoseksual etdiyini bildirib. Məhkəmə Cambartın haqqlı olduğunu düşünür və İngiltərənin dərman firmasını 7 il davam edən məhkəmə nəticəsində 197 min avro ödəməyə məhkum edib. Parkinson xəstəliyinə tutulmasından sonra 2003-ci ildə dərmanı istifadə etməyə başlayan Cambart homoseksual əlaqə qurmaq və qumar oynamaq istədiyini hiss edib. Evli və iki uşaq atası adam buna görə 8 dəfə intihar etmək istəyib. Qadın paltarları geyərək gəzən Cambart bir dəfə də təcavüzə uğrayıb. Didier Cambart bu təcavüzə də öz dediyi kimi "maraqlı" həyat tərzinin səbəb olduğunu düşünür. Məhkəməni qazanmasından sonra xoşbəxtliyini dilə gətirən Cambart, "Heç olmasa bundan sonra gecələr yata biləcəyəm. Bu hadisənin nəticəyə çatması 7 il davam edib və həyatımıza böyük ziyanlar vurub. Bu pul bizim üçün lotereya kimi bir şey deyil. Heç bir şey itirdiyim illəri və ağrıları geri gətirməyəcək." deyib.