Tanınmış aktyor yenə sərxoş vəziyyətdə tutuldu

30 Noyabr 2012 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cerard Depardieu sərxoş halda motosiklet idarə etdiyinə görə nəzarətə alınıb​​. 63 yaşlı aktyor əvvəllər də bir neçə dəfə həddindən artıq spirtli içki qəbul etdiyinə görə problem yaşayıb. Polislər, aktyor Cerard Depardieunun Parisin şimal-qərbində sərxoş vəziyyətdə motosiklet sürüb və motosikletdən yıxıldığına görə məşhur aktyoru nəzarət altına aldıqlarını bildiriblər. Keçən il sərxoş vəziyyətdə təyyarədə oyun çıxardığına görə təyyarədən uzaqlaşdırılan Depardieu, 1998-ci ildə də qanındakı spirt faizinin qanuni səviyyədən 5 dəfə yüksək olması səbəbi ilə motosikleti ilə qəza törədib, qolundan və üzündən yaralanıb.