Azərbaycanın bəzi QHT-lərini təsir dairəsində saxlamağa çalışırlar

20 Aprel 2012 10:30 (UTC+04:00)

Beynəlxalq təşkilatlar Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarını (QHT) təsir dairələrində saxlamağa çalışırlar. Bunu SalamNews-a Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. O, beynəlxalq təşkilatların bunun üçün müəyyən metodlar düşündüyünü söyləyib vurğulayıb ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanın bəzi QHT-lərini ölkələrinə dəvət edir onlara qrant layihələri təqdim edirlər. Onlar daha çox Azərbaycan haqqında siyasi bəyanatlarla çıxış edən QHT-lərə imkanlar yaradırlar. Ç.Qənizadə deyib: "Həmin beynəlxalq təşkilatlar bu cür QHT-lərdən qərəzli hesabatlar alır tribunalarında səsləndirirlər. Bununla da Azərbaycanı daim təzyiq altında saxlamaq istəyirlər. Amma yaxşı olar ki, beynəlxalq təşkilatlar güclərini Dağlıq Qarabağ probleminin həllinə, 1 milyondan çox qaçqın məcburi köçkünün öz yurdlarına qayıtmasına yönəltsin. Beynəlxalq təşkilatların özləri hər hansı dairələrin təsiri altında olur. Həmin təşkilatlar Azərbaycanın artan nüfuzunu gücünü görüb narahat olurlar".