“Dinamo” Moskva “Baku Fires” görüşünün vaxtı dəyişdi

30 Noyabr 2012 10:15 (UTC+04:00)
Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan "Baku Fires" klubunun Rusiyanın "Dinamo" komandası ilə görüşünün vaxtı dəyişdirilib. Boks Federasiyasından verilən məlumata görə, öncədən döyüşün dekabrın 8-də keçirilməsi nəzərdə tutulsa da, Rusiya tərəfinin xahişi ilə döyüş yanvarın 25-də Moskvada baş tutacaq.
Qeyd edək ki, komandamız 2-ci turda səfərdə Əlcəzairin "Desert Hawks" klubu ilə 30 noyabr tarixində qarşılaşacaq. Dekabrda bir görüş keçirəcək "Baku Fires" 15 dekabr: "Baku Fires – Mexico Guerreros təqvimə əsasən gələn ilin ilk ayında 3 dəfə rinqə çıxacaq. Boksçularımız yanvarın 12-də Bakıda Polşa, 18-i və yaxud 19-da səfərdə Argentina, 25-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.