Təhsil Nazirliyinindən mühüm xəbər

20 Aprel 2012 10:41 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) TQDK həyata keçirəcək.

TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək. TQDK-ya ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmaq, üç regional bölmənin yaradılması barədə təklifini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Təhsil Nazirliyinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın elektron məlumat bazasının 15 gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi bu fərmana uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin TQDK-nınəsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etmək tapşırılıb. Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli bu barədə prezidentə məlumat verməlidir. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Movqe.az