Yeni elektron gömrük xidməti istifadəyə verilib

20 Aprel 2012 13:05 (UTC+04:00)
Dövlət Gömrük Komitəsi (DGK) "Sərnişin bəyannaməsi" elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər DGK-nın internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış "Gömrük" məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər. Təqdim olunan xidmət vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.