İraqda baş verən iki partlayış nəticəsində 38 nəfər ölüb, 86 nəfər yaralanıb

1 May 2016 21:00 (UTC+04:00)

İraqın cənubunda, Əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 38-ə çatıb, 86 nəfər yaralanıb.

 

Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi.

 

Bu gün Əs-Səməva şəhərinin mərkəzində iki minalanmış avtomobil partladılıb. Maşınlardan biri inzibatı bina, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb.

 

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.