Murad Bozla Aslının elçilik günü bəlli oldu

1 May 2016 22:30 (UTC+04:00)

Uzun müddətdir eşq yaşayan türkiyəli müğənni Murad Bozla aktrisa Aslı Enverin nişan günü bəlli oldu. 


Movqe.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçının anası Nurten Bozun gəlin namizədini çox istəməsi, atası Cafer Bozun nəvə arzulaması cütlüyün toyunu tezləşdirib. 


Murad ailəsi ilə birlikdə Aslıya elçi gedib, onu istəyəcək. Həmin tarixi isə Enver təyin edib - mayın 10-da. Belə ki, mayın 10-da Aslının ad günüdür, aktrisanın 31 yaşı tamam olur. Elçilik mərasimindən qısa müddət sonra cütlüyün nişanı olacaq.