Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanılıb

2 May 2016 09:30 (UTC+04:00)

Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanılıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Movqe.az-a verilən məlumata görə, bu barədə mayın 1-də Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.


Tərtər rayonu


Buruc kəndi - 2 ev və həyatyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçrildi, tam partlamış sursatın qalıqları aşkar edildi, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizləndi.


Köçərli kəndi - 4 otlaq sahəsinə baxış keçrilmiş, 4 partlayış çalasından hər birində 1 ədəd Top mərmisinin partlamış qalıqları aşkar edilmişdir. Ümumilikdə 620 kv.m ərazi təmizlənmişdir.


Qarağacı kəndi - Kənd orta mətəbinin həyətində 2 çalaya, 2 ev və həyatyanı sahənin hər birində 1 çalaya baxış keçirildi, 16 000 kv.m ərazi təmizləndi və partlamamış hərbi sursat aşkar edilmədi.


Cəmi: 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçrildi. Nəticədə 10 partlayış yeri aşkar edildi, 28 620 kv.m ərazi təmizləndi və partlamamış hərbi sursat aşkar edilmədi.


Füzuli rayonu


Alixanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmişdir. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılmışdır.


Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri , 400 kv. m ərazi yoxlanılmışdır və partlamamış hərbi sursat aşkar edilməmişdir.


1 May 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılmış, 29 020 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməmişdir.