NATO Rusiya sərhədlərində hərbi təlimlərə başlayır

2 May 2016 10:52 (UTC+04:00)

Bu gün Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun "Spring storm" təlimləri başlayır.

 

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək.

 

Manevrlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək.  Təlimlərə həmçinin Polşadan Su-22 qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə F-15 qırıcıları, CH-47 Chinook hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən Bell V-22 Osprey konvertoplanları cəlb ediləcək.

 

Təlimlər mayın 19-dək davam edəcək.