Azərbaycanlı mütəxəssislər BƏƏ-nin icbari tibbi sığorta sistemi üzrə təcrübəsini araşdıracaq

2 May 2016 11:50 (UTC+04:00)

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Almaniyanın "Munich Health and Daman Holding" şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə yola düşüblər.


Agentliyin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, səfərin məqsədi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətini sözügedən şirkət tərəfindən Əbu-Dabidə icbari tibbi sığorta sistemi üzrə qurulan sistemlə, səhiyyənin maliyyəşləşdirmə mexanizmləri ilə tanış etmək, yerli qurumlarda görüşlər keçirmək, mövcud təcrübəni araşdırmaqdır.


Nümayəndə heyətinin tərkibinə Agentliyin direktoru Zaur Əliyev, şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov daxildirlər.


Qeyd edək ki, "Munich Health and Daman Holding" şirkəti 2006-cı ildə Əbu-Dabidə icbari tibbi sığorta sisteminin modelini qurub.