May ayında bayramlarla əlaqədar Azərbaycanda qeyri-iş günlərinin sayı məlum olub

2 May 2016 11:45 (UTC+04:00)

May ayında 9 may Qələbə Günü və 28 may Respublika Günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub.

 

Movqe.az-ın məlumatına görə, bu il 9 may bazar ertəsinə, 28 may şənbə gününə təsadüf edir.

 

28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

 

Beləliklə, may ayında 9 may Qələbə Günü və 28 may Respublika Günü ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.