Rauf Əliyevin həyatı ilə bağlı təhlükə yoxdu

2 May 2016 14:30 (UTC+04:00)

Məlum olduğu kimi, mayın 1-də keçirilən "İnter"-"Sumqayıt" matçında "İnter"in hücumçusu Rauf Əliyev ciddi zədə almışdır. Movqe.az goal.az-a istinadən xəbər verir ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilmişdir. Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılmışdır və müalicəsini ambulator şəraitdə davam etdirəcək.