Uşaqların 90 faizdən çoxu təmizləyici immunlaşdırma həftəsində peyvənd olunub-Azərbaycanda

2 May 2016 13:18 (UTC+04:00)

Azərbaycanda keçirilən immunlaşdırma həftəsi başa çatıb. Movqe.az-ın xəbərinə görə, aprelin 22-dən başlayan peyvənd həftəsi aprelin 30-dək davam edib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, bu müddətdə təmizləyici immunlaşdırma işləri aparılıb. Qızılca və məxmərəyə qarşı peyvənddən kənar qalanlar vaksin edilib: " Səhiyyə nazirinin 27 saylı, 12 aprel tarixli əmrinə əsasən start verilən immunlaşdırma həftəsi artıq başa çatıb. Bizə verilən ilkin məlumata görə, təmizləyici immunlaşdırma işləri nəticəsində peyvənddən kənar qalan xeyli sayda uşaq vaksin edilib. Bu rəqəm 100 faizi əhatə etməsə də, 90 faizdən çox uşaq təmizləyici immunlaşdırma tədbirləri sayəsində peyvənd alıb".

A. Əliyeva rayon və kənd yerlərində vaksinasiya tədbirlərində peyvənddən kənar qalma hallarının az-az rast gəlindiyini də söyləyib.

Qeyd edək ki, ÜST tərəfindən Azərbaycanda qızılca və məxmərəyə qarşı peyvəndin elminasiyası təsdiq olunub.